Millimizin üzvünə sarı vərəqə

Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları davam edir.
 

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə "Ştutqart"la qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

Start heyətdə meydana çıxan Nazarov 90 dəqiqə oynayıb. O, 56-cı dəqiqədə sarı vərəqə alıb.
 
Qeyd edək ki,  30 xalı olan Aue təmsilçisi  18 komanda arasında hazırda 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right