"Yuventus" Matyudiyə əvəzləyici tapdı

"Yuventus" "Real"ın yarımmüdafiəçisi Kazemironu transfer etmək istəyir.

 

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi müqaviləsi bitəcək Blez Matyudinin əvəzinə braziliyalı futbolçunu hədəfə alıb. Fransalı futbolçuya illik 15 milyon avro maaş ödəyən "qoca sinyora" eyni məvacibi Kazemiroya da verməyə hazırdır.

 

"Yuventus" Kazemiro" ilə yanaşı, "Napoli"nin yarımmüdafiəçisi Allanla da maraqlanır.

 

"Real" 27 yaşlı Kazemironu 2013-cü ildə "San-Paulu"dan transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right