Zinəddin Zidan: "Məğlubiyyət acı hisslər verir"

"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya kubokunun 1/4 finalında "Real Sosyedad"a 3:4 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, Madrid klubunun çalışdırıcısı kubokda mübarizəni dayandırmaqlarından danışıb:

 

"Seçdiyim heyətin yanlış olduğunu düşünmürəm. Bu oyun üçün lazımlı heyət qurdum. Sadəcə, "Real Sosyedad" yaxşı oynadı. Biz bu klubda birlikdəyik. Məğlubiyyət və qələbə bu durumu dəyişdirməz.

 

Əlbəttə, məğlubiyyət acı hisslər verir. Hesabda 1:4 geri olanda da yaxşı oynadıq. Ancaq rəqib həddən artıq istəkli idi. Təzyiq yaratdılar, müdafiədə səhvlərə yol verməyimizə vadar etdilər. Bu, futboldur, bəzən uduza da bilərsiniz. Biz də uduzduq. İndi La Liqanı düşünməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right