Yurgen Klopp "Liverpul"un oyununu notbukdan izləyəcək

“Liverpul” İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin cavab oyununda aşağı liqa təmsilçisi “Şrusberi” ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, “qırmızlar”ın baş məşqçisi Yurgen Klopp qarşılaşmada texniki zonada yer almayacaq. Mersisaydlılar matça U-23 komandası ilə çıxacaq. Texniki zonada U-23-ün çalışdırıcısı Nik Kritçli əyləşəcək.

Klopp matçı notbukdan izləyəcək və telefonla taktiki gedişləri göndərəcək. Almaniyalı mütəxəssis futbolçuların istirahətini pozmamaq üçün belə addım atıb. O, ilk matçdan sonra belə qərar verəcəyini demişdi: 

"Kubokun cavab matçına U-23 komandasının baş məşqçisi Nil Kritçlinin rəhbərliyi ilə gənc futbolçuları göndərəcəyəm. Çünki futbolçulara demişdim ki, onlara tam olaraq iki həftəlik istirahət verəcəyəm".

Qarşılaşma 23:45-də baş tutacaq. Komandaların ilk oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right