Sərgən Yalçın "Beşiktaş"da qələbə ilə başladı

Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, "Beşiktaş" yeni baş məşqçisi Sərgən Yalçının rəhbərliyi altında səfərdə "Rizəspor"u 2:1 hesabı ilə məğlub edib.

Çempionatda turnir cədvəlinə 41 xalla "Sivasspor" başçılıq edir. "Başakşəhər" 39 xalla 2-ci, "Trabzonspor" 38 xalla 3-cü, "Fənərbaxça" 37 xalla 4-cüdür. "Beşiktaş" 33 xalla 7-ci, "Rizəspor" 24 xalla 11-ci yerdə qərarlaşıblar.

 

"Rizəspor" - "Beşiktaş" - 1:2

Qollar: Milan Şkoda, 36 - Burak Yılmaz, 29, Gökhan Gönül, 79

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right