Renat Dadaşov "Birmingem"ə keçməkdən imtina etdi

İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Renat Dadaşov “Birmingem”ə icarəyə verilməkdən imtina edib.

Newsport.az-ın məlumatına görə, "canavarlar" 20 yaşlı hücumçunu Çempionşip klubuna icarəyə verməyə hazır olsa da, Renat bu keçidə razı olmayıb.

"Vulverhempton" Renatı 2019-cu ilin yayında Portuqaliya təmsilçisi "Eştoril"dən 1,5 milyon funt-sterlinqə transfer edib. Azərbaycan millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda keçirib. Renat hazırda "Vulverhempton"un U-23 komandasındadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right