"Yuventus" Pyatsanı icarəyə verdi

"Yuventus" hücumçusu Marko Pyatsanı icarəyə verib.

Newsport.az-ın məlumatına görə, xorvat futbolçu "Anderlext"ə keçib. 24 yaşlı futbolçu mövsümün sonuna qədər Belçika klubunda çıxış edəcək. "Anderlext"in müqaviləni daha 1 il uzatmaq hüququ var.

"Anderlext" Almaniyanın "Ayntraxt" klubunun 20 yaşlı boosniyalı müdafiəçisi Deyan Yovelyiçi də mövsümün sonuna qədər icarəyə götürüb.

Pyatsa 2016-cı ildə Zaqreb "Dinamo"sundan 23 milyon avroya "Yuventus"a keçib. Turin təmsilçisi daha öncə Markonu "Fiorentina"ya icarəyə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right