Nigeriyalı hücumçu "Mançester Yunayted"də

"Mançester Yunayted" hücum xəttinə yeni oyunçu alıb.

 

Newsport.az-ın məlumatına görə, Premyer Liqa klubu Çinin "Şanxay Şenhua" klubunun hücumçusu Odion İqalonu rənglərinə bağlayıb. 30 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında "qırmızı şeytanlar"da çıxış edəcək.

 

Nigeriya millisinin üzvü 2017-ci ildə 23 milyon avro qarşılığında "Uotford"dan Çinin "Çanqçan Yatay" klubuna keçmişdi. İqalo 2019-cu ildə "Şanxay Şenhua"ya transfer olmuşdu. Hücumçu Çində 72 oyuna 46 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right