"Sevilya" ilk qolunu "Qarabağ"a vuran futbolçunu icarəyə verdi

“Sevilya” vingeri Brayan Xili icarəyə verib.

Newsport.az xəbər verir ki, 18 yaşlı futbolçu “Leqanes”lə müqavilə imzalayıb. Madrid təmsilçisi ispan futbolçunu 100 min avro qarşılığında mövsümün sonuna qədər heyətinə qatıb.

Xil “Sevilya” heyətində Avropa Liqasının qrup mərhələsinin Azərbaycan çempionu “Qarabağ”la matçda iştirak etmişdi. Asmir Beqoviçin qoruduğu qapıya qol vuran Brayan karyerasının ilk qolunu vurmuş oldu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right