Renat Dadaşovun əvəzinə keçmiş "Neftçi"li

Azərbaycan millisinin üzvü Renat Dadaşovu "Vulverhempton"a qaytaran Portuqaliyanın "Pasuş de Ferreyra" klubu yeni hücumçu alıb.

Newsport.az-ın məlumatına görə, yüksək liqa klubu Braziliyanın "Atletiko Mineyro" klubunun forvardı Denilsonu 18 aylıq icarəyə götürüb. 24 yaşlı futbolçu mövsümün ilk hissəsini Portuqaliyanın "Tondela" klubunda keçirib.

Denilson 2016-cı ildə "Neftçi"də icarə əsasında çıxış etmişdi. O, "ağ-qaralar"da 9 oyuna 1 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right