"Barselona" "Çelsi"nin futbolçusunu transfer edir

"Barselona" "Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Villianı transfer hədəfinə alıb.

 

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, kataloniyalılar bu transferi həll etmək üçün danışıqlara başlayıb. İspaniya nəhəngi braziliyalı futbolçunun keçidi üçün London təmsilçisinə 25 milyon avro təklif edib.

 

"Çelsi" mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçunu satmağa müsbət yanaşır. Transfer pəncərəsinin son saatlarına kimi Villianın "Barselona"ya keçəcəyi gözlənilir.

 

31 yaşlı futbolçu bu mövsüm 30 oyunda 5 qol vurub, 5 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right