Türkiyə millisinin üzvü "Feyenoord"da RƏSMİ

"Beşiktaş"ın futbolçusu Oğuzhan Özyakup karyerasını Niderlandda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, İstanbul klubu 27 yaşlı yarımmüdafiəçini "Feyenoord"a icarəyə verib. Rotterdam təmsilçisi türk futbolçunu mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb. O, yeni klubunda 18 nömrəli formada çıxış edəcək.

Niderlandın Zandam şəhərində doğulan Oğuzhan "AZ Alkmaar"ın yetirməsidir. O, "Beşiktaş"a 2012-ci ildə "Arsenal"dan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right