Brunu Fernandeş "Mançester Yunayted"də

"Mançester Yunayted" "Sportinq"in yarımmüdafiəçisi Brunu Fernadeşin transfer edib.

Newsport.az-ın məlumatına görə, Portuqaliya millisinin üzvü "qırmızı şeytanlar"la 2025-ci ilin yayına qədər müqavilə bağlamaq üçün Mançesterə yollanıb.

Bu keçid üçün "Mançester Yunayted"ə 55 milyon avroya başa gəlib. Daha 25 milyon avro isə bonuslar şəklində Lissabon klubuna ödəniləcək. Ümumilikdə bu transfer Mançester təmsilçisinə 80 milyon avroya başa gələ bilər.

Lissabon klubu 25 yaşlı futbolçunu 2017-ci ildə "Sampdoriya"dan 9,69 milyon avroya transfer etmişdi. Portuqaliyalı futbolçu bu müddət ərzində "Sportinq"də kapitanlığa qədər yüksəlib və komandada 132 oyuna 62 qol vurub, 42 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right