"Slaviya"dan Premyer Liqa klubuna

İngiltərənin "Vest Hem" klubu Çex Respublikası millisinin üzvü Tomaş Souçeki "Slaviya"dan icarəyə götürüb.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi 24 yaşlı dayaq yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Paytaxt klubu bu keçid üçün 4 milyon avro təzminat ödəyib. "Çəkicdöyənlər" 15 milyon avro ödəyib, Souçekin transfer hüququna yiyələnə bilər.

Tomaş "Slaviya"nın yetirməsidir. O, 2015-ci ildə "Viktoriya Jijkov", 2017-ci ildə "Slovan" (Liberets) klublarına icarəyə verilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right