"Çelsi"nin irəliləmək üçün transferlərə ehtiyacı var" - Frenk Lempard

"Çelsi"nin baş məşqçisi Frenk Lempard komandanın hazırkı durumu haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis "zadəganlar"ın yeni oyunçulara ehtiyacı olduğunu deyib: "Yayda cəzalandıq. Hələ də bunun çətinliyini çəkirik. Klub tarixinin ən yaxşı futbolçularından birini- Hazardı itirdik. Mənim vəzifəm hər gün məşqlərdə çalışmaq, oyunçuları daha da yaxşı inkişaf etdirməkdir. İndi irəliləmək üçün transferlərə ehtiyacımız var. Pul mənim problemim deyil. Dürüst və açıq danışmalıyam".

Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqanın turnir cədvəlində 40 xalla 4-cü yeri tutur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right