"Beşiktaş"ın prezidenti Sərgən Yalçınla görüşdü

Abdullah Avcı ilə yollarını ayıran "Beşiktaş" baş məşqçi axtarışındadır.

Newsport.az-ın məlumatına görə, İstanbul klubunun prezidenti Ahmet Nur Çebi "Yeni Malatyaspor"dan ayrılan Sərgən Yalçınla görüşüb. Azarkeşlər də "Beşiktaş"ın sabiq futbolçusunu baş məşqçi postunda görmək istəyir.

Bundan əlavə, Samet Aybaba və son iş yeri "Ştutqart" olan Tayfun Korkut da namizədlər arasındadır.

"Beşiktaş"ı Super Liqanın 20-ci turunda "Göztəpə" ilə oyuna köməkçi məşqçi Şənol Fidan çıxaracaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right