Haland Bundesliqanın tarixinə düşdü

Dortmund “Borussiya”sının yeni transferi Erlinq Haland rekorda imza atıb. 

Newsport.az-ın məlumatına görə, 19 yaşlı hücumçunun rekordu Bundesliqada 19-cu turunda "Köln"ə 5:1 hesabı ilə qalib gəldikləri oyunda qeydə alınıb.

Debüt matçında “Auqsburq”a 3 qol vuran norveçli futbolçu, “Köln”lə matçda dubl edib. Bununla da o, Bundesliqa tarixində ilk 2 oyununda 5 qol vuran ilk futbolçu olub. O, iki oyunda 57 dəqiqə meydanda olub. 

Qeyd edək ki, Haland yanvarda “Zalsburq”dan 20 milyon avro qarşılığında “Borussiya”ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right