"Barselona" 17 yaşlı dünya çempionunu alır

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Kataloniya klubu "Koritiba"nım 17 yaşlı müdafiəçisi Yan Kouto ilə razılaşıb. La Liqa təmsilçisi braziliyalı futbolçu üçün 5 milyon avro xərcləməli olacaq. Lakin o, 18 yaşı tamam olanadək "Koritiba"da çıxış etməli olacaq.

Qeyd edək ki, J.Kouto milli komandanın heyətində  noyabr ayında keçirilən gənclər arasında dünya çempionatının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right