"Liverpul"da Mane şoku

İngiltərə Premyer Liqasının 24-cü turunda "Vulverhempton"la matçda zədələnən "Liverpul"un hücumçusu Sadio Manenin son durumu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, seneqallı futbolçu 1 ay yaşıl meydanlardan kənar qalacaq. 27 yaşlı futbolçu fevralın 18-də Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"ya qarşı keçiriləcək ilk oyunda iştirak etməyəcək.

Mane bu mövsüm 31 oyunda 15 qol vurub, 11 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right