"Mançester Yunayted" Fernandeşdən imtina edir

"Mançester Yunayted" "Sportinq"in ulduzu Brunu Fernandeşin transferinini bitirə bilmir.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" lissabonlularla 55 milyon funt-sterlinq qarşılığında transferin həlli üçün anlaşma əldə etmişdi. Daha sonra Portuqaliya klubu 68 milyon funt-sterlinq tələb edib. Mançester təmsilçisi bu səbəbdən masadan qalxmağa qərar verib.

Futbolçunun agenti Jorje Mendeş məsələ ilə bağlı açıqlama verib: "Fernandeşlə bağlı xəbərlər olacaq, amma bunun nə vaxt baş verəcəyini bilmirəm. İndi və ya mövsümün sonunda dəyişiklik ola bilər".

Lissabon klubu 25 yaşlı yarımmüdafiəçini 2017-ci ildə "Sampdoriya"dan 9,69 milyon avroya transfer etmişdi. Portuqaliyalı futbolçu bu müddət ərzində "Sportinq"də kapitanlığa qədər yüksəlib və komandada 132 oyuna 62 qol vurub, 42 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right