Fanatlardan "MY" rəhbərliyinə ciddi etiraz

"Mançester Yunayted" azarkeşləri klub rəhbərliyinə etiraz məqsədi ilə növbəti oyunda stadionu tərk etməyi planlaşdırırlar.

Newsport.az-ın məlumatına görə, buna səbəb "qırmızı şeytanlar"ın 58 il sonra Premyer Liqanın 24-cü turunda "Bernli"yə (0:2) uduzması olub. Ona görə də azarkeşlər 25-ci turda "Vulverhempton"la matçın 58-ci dəqiqəsində tribunaları tərk etməklə rəhbərliyə etirazlarını bildirmək niyyətindədirlər.

Qeyd edək ki, "Mançester Yunayted" - "Vulverhempton" görüşü fevralın 1-də keçirkləcək.

Əlavə edək ki, "MY" hazırda Premyer Liqanın turnir cədvəlində 34 xalla 5-ci yeri tutur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right