Teves "Mançester Yunayted"ə qayıdır?

“Boka Xuniors”un futbolçusu Karlos Teves “Mançester Yunayted”ə qayıda bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb. “Mankunyanlar”ın argentinalı hücumçunu mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilir. Komandanın əsas hücumçularından oan Markus Reşfordun zədələnməsi klubun yeni forvard axtarışına çıxmasına səbəb olub.

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm Argentina çempionatına 10 oyuna 3 qol vurub. O, 2007-2009-cu illərdə də “Mançester Yunayted”də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right