La Liqa klubunun keçmiş rəsmisindən şok etiraf: "Oyunları pullla alıb, çempionatda qaldıq"

İspaniyanın "Osasuna" klubunun keçmiş baş katibi Anxel Viskay məhkmədə danışlmış oyunlarla bağlı şok açıqlamalar verib.

 

Newsport.az xəbər verir ki, o, 2013-cü ildə liqada qalmaq üçün bəzi oyunların nəticələrini öncədən razılaşdıqlarını etiraf edib:

 

"2013-cü ildə uduzmaqları üçün "Xetafe"yə 400 min, "Real Betis"ə isə 250 min avro ödənildi. "Valyadolid"ə "Deportivo"nu, "Real Betis"ə isə "Selta"nı məğlub etməsi üçün 150 min avro verildi. Bundan əlavə, "Espanyol"a "Real Betis"lə heç-heç etməsi və "Valyadolid"ə qalib gəlməsi üçün növbəti mövsüm 400 min avro ödədik. Bu şəkildə liqada qaldıq".

 

Anxel Viskay bu qərarların klub rəsmilərinin verdiyini və həll etdiyini deyib.

 

"Osasuna" 2012/13 mövsümünün sonlarında liqada qalmağı bacarmışdı. Pamplonalılar növbəti mövsüm Sequndaya yuvarlanmışdı. Klub hazırda La Liqada yarışır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right