Rəhmani "Napoli"də

Uğursuzluq zolağından çıxmağa çalışan “Napoli” növbəti transferini həyata keçirib.

Newsport.az xəbər verir ki, Cennaro Qattuzonun baş məşqçisi olduğu Neapol təmsilçisi “Verona”nın müdafiəçisi Əmir Rəhmanini transfer edib.

Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 25 yaşlı kosovo əsilli alban futbolçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

“Napoli” bu keçidə görə Verona təmsilçisinə 14 milyon avro ödəyib. Amma Rəhmani cari mövsümün sonuna qədər “Verona”da çıxışını davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right