"Real" 30 milyona futbolçu aldı

“Real” Braziliyanın “Flamenqo” klubunun yarımmüdafiəçisi Reyniri transfer edib.

Newsport.az-ın məlumatına görə, bu barədə Braziliya təmsilçisinin saytı məlumat yayıb. Madrid klubu bu keçid üçün 30 milyon avro təzminat ödəyib. Daha 5 milyon avro isə 17 yaşlı oyunçunun agentinə çatıb. Gənc futbolçu ilə uzun müddətli müqavilə imzalanıb.

Transfer ötən həftə tamamlansa da, futbolçunun yanvarın 19-u 18 yaşının tamam olmasına görə, keçid bu gün açıqlanıb. "Real" FIFA-nın sanksiyası ilə üz-üzə gəlməmək üçün bir qədər gözləməli olub.

Reynir Xesus Karvalyo "Flamenqo"nun yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right