Rıbka: “Essyenlə təkcə pişiklər şəkil çəkdirmirdilər”

"Səbail"in qapıçısı Aleksandr Rıbka footballua.tv-yə açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, 32 yaşlı qolkiper paytaxt təmsilçisindən ayrılıb, karyerasını ölkəsində davam etdirəcəyi barədə yayılan xəbərləri təkzib edib:

 

"Belə xəbərlərə inanmayın. Mənim klubumla 1,5 illik müqaviləm var. Burada hər kəs mənə hörmətlə yanaşır. Klub rəhbərliyi və məşqçilər heyəti ilə münasibətim yaxşıdır. Ancaq mənə təklif göndərilsə, onu nəzərə ala bilərəm. Azərbaycanda xoşbəxtəm. Lakin ailəmə yaxın olmaq istəyirəm".

 

Rıbka komanda yoldaşı Maykl Essyendən də danışıb: "Maykl Essyenin nə qədər məvacib aldığını bilmirəm. Düşünürəm ki, o, bura pul üçün gəlmədi. Futbolu sevir və daha çox oynamaq istəyir. Əminəm ki, pul onun üçün maraqlı deyil. Etiraf edirəm ki, qaldığımız oteldə Essyenlə təkcə pişiklər şəkil çəkdirmirdilər. Əvvəlcə heyət onun Essyen olduğuna inanmırdı. Ancaq sonra cəsarətlərini toplayıb, avtoqraf almaq üçün yaxınlaşdılar. Essyen sakit və ünsiyyətcil uşaqdır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right