"Fənərbaxça" idman direktoru ilə yollarını ayırdı

Türkiyənin “Fənərbaxça” klubu idman direktoru Damyen Komolli ilə yollarını ayırıb.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis öz istəyi ilə istefa verib.

 

Komollinin klub prezidenti Ali Koç və baş məşqçi Ərsun Yanalla münasibətlərinin yaxşı olmadığı barədə məlumatlar yayılmışdı.

 

47 yaşlı funksioner 2018-ci ildə İstanbul klubuna təyinat almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right