"Real" "Ayaks"ın futbolçusu ilə razılığa gəldi

Madrid "Real"ı "Ayaks"ın yarımmüdafiəçisi Donni van de Beekin transferini tamamlayıb.

 

Newsport.az "De Telegraaf"a istinadən xəbər verir ki, İspaniya nəhəngi yayda bu keçidi açıqlayacaq. Madridlilər bu keçid üçün 55 milyon avro təzminat ödəyəcək.

 

Van de Beek "Ayaks"ın yetirməsidir. Onun Amsterdam təmsilçisi ilə 2022-ci ilə qədər müqaviləsi var. Niderland millisinin üzvü bu mövsüm 25 oyuna 8 qol vurub, 4 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right