Slovakiya millisinin üzvü "Napoli"də

"Napoli" yeni transferini açıqlayıb.

 

Newsport.az xəbər verir ki, neapollular "Selta"nın yarıımüdafiəçisi Stanislav Lobotkanı transfer edib. Slovakiya millisinin üzvü ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Onun illik maaşı 1,8 milyon avro olacaq. A Seriya təmsilçisi bu keçid üçün viqolulara 25 milyon avro təzminat ödəyib.

 

"Selta" Lobotkanı 2017-ci ildə Danimarkanın "Nordşyallend" klubundan 4 milyon avroya transfer etmişdi. Lobotka AÇ-2020-nin seçmə mərhələsində Slovakiya millisinin heyətində Bakıda Azərbaycana qalib gəldikləri oyunda (5:1) 1 qol vurmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right