"Barselona" müdafiəçisini Bundesliqa klubuna icarəyə verdi

"Barselona" müdafiəçisi Jan-kler Todibonu "Şalke"yə icarəyə verib.

 

Newsport.az xəbər verir ki, 20 yaşlı futbolçunun Bundesliqa klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Helzenkirxenlilər bu keçid üçün 1,5 milyon avrosundan keçib. "Şalke" daha 30 milyon avro ödəyib gənc oyunçunu transfer etmək hüququna sahibdir.

 

"Barselona" transferin detallarına geri alma şərtini də qoyub. Katalonlar Todibonu gələcəkdə 60 milyon avroya geri ala bilər.

 

Fransalı futbolçu bu mövsüm Kataloniya klubunda 4 oyun keçirib. O, ötən ilin yayında "Tuluza"dan "Barselona"ya transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right