"Milan"da rəqabətə hazıram" - Asmir Beqoviç

"Milan"ı seçdim, çünki bu, mənim üçün böyük bir çağırış idi. Fantastik tarixi, inanılmaz azarkeşləri və vacib ambisiyaları olan dünyanın ən yaxşı klublarından birindəyəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Milan"ın yeni transferi Asmir Beqoviç klubun rəsmi saytına açıqlamasında deyib.

Bosniyalı qolkiper daha sonra söyləyib: "İngiltərədə bir neçə il keçirdikdən sonra yeni çempionatda və yeni ölkədə oynamağa hazır idim. Bu fürsəti əldə etdiyim üçün çox həyəcanlıyam və işə başlamağım üçün gözləyə bilmirəm".

O, komandanın qapıçısı Canluici Donnarumma ilə rəqabətə hazır olduğunu bildirib: "Canluici  dünyanın ən yaxşı gənc qapıçılarından biridir. Mən ona kömək etməyə və rəqabət aparmağa hazıram. Mənim üçün burada olmaq böyük şərəfdir. Donnarumma artıq çox güclüdür, onun mənim məsləhətlərimə ehtiyacı yoxdur. Ancaq məşqlərdə mən ona kömək etməyə çalışacağam".

Qeyd edək ki, müqavilə ilə "Bornmut"a məxsus olan A. Beqoviç  mövsümün ilk yarısını "Qarabağ"da keçirib.

Xatırladaq ki, A.Beqoviç bu mövsümün sonuna kimi icarə əsasında "Milan"da oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right