Valverde "Barselona" ilə vidalaşdı "Hamınıza uğurlar arzulayıram"

“Barselona” ilə yollarını ayıran Ernesto Valverdə klubla vidalaşıb.Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis Kataloniya təmsilçisində keçən iki il yarımlıq dönəmin çox gərgin olduğunu vurğulayıb.

“Barselona”da məşqçi kimi fəaliyyətim başa çatdı. Çox gərgin bir iki il yarım keçirdim. Bəzən sevimli anlar, qələbələr və kuboklar qazandım. Düzdür, başqa məqamlar da oldu. Açığı, ilk növbədə klub rəhbərini təşəkkür edirəm. O, mənə güvənib bu vəzifəyə təyin etmişdi. Azarkeşlərlə də yaxşı ünsiyyətim oldu. Və təbii ki, “Barselona”da dörd kubok qazanmağımda ən böyük pay sahibləri olan futbolçuları unutmamalıyam. Bu gündən etibarən hamısına və yeni baş məşqçi Kike Setyenə uğurlar arzulayıram” -deyə, Valverdə bildirib.

Qeyd edək ki, klub rəhbərliyi Valverdinin yerinə “Betis”in baş məşqçisi Kike Setyeni təyin edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right