"Avropa çempionatında görüşərik" - Merih Demiral

"Yuventus"un İtaliya A Seriyasının XIX turunda "Roma" ilə oyununda (2:1) zədələnərək, mövsümü erkən başa vuran Merih Demiral Avropa çempionatında oynaya bilər. Türkiyə millisinin üzvü bu barədə sosial şəbəkə hesabındakı paylaşımında bildirib:

"Dünənki şanssız zədədən sonra dəstəyini əsirgəməyib yanımda olan idman klublarına, idmançı dostlarıma və bütün futbolsevərlərə təşəkkür edirəm. Daha güclü qayıdacağımdan şübhəniz olmasın. Avropa çempionatında görüşərik" - deyə, Merih qeyd edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right