"Qarabağ"dan ayrılan futbolçu rəsmən "Milan"da

Mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviçin yeni klubu müəyyənləşib. "Bornmut" bosniya və hersqovinalı qapıçını yenidən icarəyə verib.

Təcrübəli qolkiper mövsümün ikinci yarısını "Milan"da keçirəcək. O, A Seriyası klubunun 3-cü qapıçısı olacaq. Məlumatı "Milan"ın saytı yayıb.

Keçən yay "Qarabağ"a gələn Beqoviç Ağdam klubunda 17 matçda 16 qol buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right