Merih Demiral Bakıda meydana çıxmayacaq Türkiyə millisi üçün şok

İtaliya A Seriyasının XIX turunun “Roma” ilə ev oyununda zədələnən “Yuventus”un müdafiəçisi Merih Demiralın durumuna aydınlıq gətirib.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, rəqib komandanın müdafiəçisi Aleksandr Kolarovla toqquşmadan sonra yerə pis düşən türkiyəli futbolçu bu gün tibbi müayinədən keçib. Diz bağları qopan oyunçu mövsümü vaxtından əvvəl başa vurmalı olub. Türkiyə millisinin üzvünün Avropa çempionatını buraxacağı dəqiqləşib. Onunla yanaşı, “Lill”in futbolçusu Yusuf Yazıçının da qitə birinciliyini buraxacağı məlumdur.

“Ay-ulduzlular” qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right