"Beşiktaş"da braziliyalı futbolçu

"Beşiktaş" "Yeni Malatyaspor"un yarımmüdafiəçisi Qilyerme Kosta Markesi transfer etmək üzrədir.

 

Newsport.az xəbər verir ki, Malatya təmsilçisinin prezidenti Adil Gevrek tərəflər arasında danışıqlar getdiyini deyib:

 

"Bu transferdə müəyyən razılıq olduğu deyilir. Təbii ki, rəsmiləşə bilər. Qilyerme bizdən icazə istəyib. Futbolçuya böyük kluba gedəcəyi halda problem yaratmayacağımızı demişdik. Bizimlə 1,5 illik müqaviləsi var. Keçmiş klubu ilə anlaşdığımız protokol var. Bu transferdə son sözü biz deyəcəyik. Bunu oyunçu və agenti də bilir. Bəli, Qilyermeyə icazə verəcəyik. Ancaq bunun qarşılığı olmalıdır. Bundan maddi qazanc götürmək istəyirik".

 

TFF-in qoyduğu limitə əsasən, "Beşiktaş"ın 2 milyon TL (350 min avro) transfer büdcəsi var. 28 yaşlı futbolçu müqavilə ilə İtaliyanın "Benevento" klubuna məxsusdur. İstanbul təmsilçisi braziliyalı futbolçunun keçidi üçün "Yeni Malatyaspor"a 40 min avro ödəyəcək və onu mövsümün sonuna qədər icarəyə götürəcək. "Beşiktaş" "Benevento" ilə danışıq aparıb və razılaşma əldə edib. Transferin tam detalları tezliklə məlum olacaq.

 

Qilyerme mövsümün ilk yarısında 17 oyuna 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right