Xavi "Barselona"nı çalışdırmağa tələsmir

Xavi Ernandesin bu qış "Barselona"nın "sükanı arxası"na keçməsi baş tutmaya bilər. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc mütəxəssis özü bu baxımdan tələsmir.

Kataloniya klubunun rəsmiləri "Əl-Sədd"in baş məşqçisi ilə danışıqlar aparmasına baxmayaraq, gənc çalışdırıcı tələsik qərar vermək istəmir. Buna görə də 39 yaşlı məşqçi düşünmək üçün vaxt istəyib. O, daha çox mövsümün sonunda bu posta keçmək niyyətindədi. Xavi həm təlim-məşq toplanışı keçmək, həm də rəhbərlikdən səbr təminatı almaq istəyir.

Ancaq başqa bir mənbə Qətər kubokunun finalından sonra Xavinin doğma komandasına keçidinin baş tutma ehtimalını yüksək qiymətləndirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right