"Monako" Slimani ilə yolları ayırdı Premyer Liqaya dönür

"Monako" ötən yay "Lester Siti"dən icarəyə götürdüyü İslam Slimani ilə yolları ayırmağa qərar verib.

Newsport.az-ın məlumatına görə, komandanın yeni baş məşqçisi Roberto Moreno əlcəzairli forvardı sərəncamında görmək istəməyib. İspan mütəxəssis taktiki düzülüş zamanı 1 hücumçu ilə oynamağı seçir. Buna görə də onun əsas seçimi Vissam Ben Yedder, sonra isə Stefan Yovetiç olacaq.

Slimanini agenti Federiko Pastarello Premyer Liqada yeni klub axtarmağa başlayıb. O, Birmingem təmsilçisi "Aston Villa" ilə danışığa başlayıb. Növbəti günlərdə transferin tamamlanacağı ehtimal edilir.

31 yaşlı forvard bu mövsüm "knyazlıq klubu"nda 12 oyuna 6 qol vurub, 7 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right