"Keşlə"nin sabiq futbolçusu Qazaxıstan klubunda

"Keşlə"nin sabiq futbolçusu Pablo Podio karyerasını Qazaxıstanda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu Premyer Liqa təmsilçisi "İrtış"a transfer olub. Klub saytı müqavilənin şərtlərini açıqlamayıb.

Podio 2017-ci ilin dekabrından 2018-ci ilin mayına qədər "Keşlə"də çıxış edib. 30 yaşlı futbolçu paytaxt təmsilçisində 2 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right