Asmir Beqoviçin yeni klubu məlum oldu

"Bornmut" qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib.

Newsport.az-ın məlumatına görə, bosniyalı qapıçı İtaliyanın "Milan" klubuna keçib. O, "qırmızı-qaralar"la müqavilə imzalamaq üçün Milan şəhərinə gəlib. Tibbi müayinədən sonra onunla mövsümün sonuna qədər saziş bağlanacaq. Beqoviç "Aston Villa"ya transferi gözlənilən Pepe Reynanın əvəzinə alınıb.

32 yaşlı qolkiper mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.

Image





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right