Xavi "Barselona"nın yeni baş məşqçisi olmağa hazırlaşır

"Barselona"nın baş məşqçi postuna namizəd olan Xavi bu vəzifəyə istəkli olduğunu açıqladı.

Newsport.az-ın məlumatına görə, Ernesto Valverdenin əvəzinə kataloniyalıların baş məşqçisi olacağı gözlənilən gənc mütəxəssis "Barselona"nı çalışdırmaq xəyalında olduğunu gizlətməyib:

"Bunu gizlədə bilmərəm, "Barselona"nı çalışdırmaq ən böyük arzumdur. Bunu hər kəs bilir. Qəlbimin dərinliklərində "Barselona"nı çalışdırıram. Ancaq indi "Əl-Sədd"ə köklənmişəm".

Xavi "Barselona"nın idman direktoru Erik Abidalla görüşdüyünü deyib:

"Abidal dostumdur, onunla bir neçə dəfə görüşmüşəm. Keçmiş klubuma, Valverdeyə hörmətlə yanaşmalıyam. Onunla danışıqlarımızı söyləyə bilmərəm. Mənimlə danışmaq üçün Qətərə də gəldilər. Bir çox məsələni müzakirə etdik. Çox danışmayacam. İndi fikrim "Əl-Sədd"ə bağlıdır. Burada öz işimi görürəm. Qətər kubokunda finaldayıq və buna görə xoşbəxtəm".

Kataloniya mətbuatı Xavinin "Barselona"nın yeni baş məşqçisi olacağını yazıb. 39 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanacağı gözlənilir. Klubun Ernesto Valverdeni istefaya göndərəcəyi qeyd edilib.

İspaniya millisinin sabiq üzvü 1998-2015-ci illər aralığında yetirməsi olduğu “Barselona”da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right