“Bizdən başqa heç kim Azərbaycana getmək istəmirdi“ Şenol Günəş

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş “A Spor” kanalının qonağı olub. 

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis AÇ-2020 barədə danışıb.

“Bilirsiz ki, olduqca çətin qrupda mübarizə aparacağıq. İlk oyunumuz Romada İtaliyaya qarşı olacaq. Digər görüşlər isə Azərbaycanda keçiriləcək.

Bu yaxınlarda Bakıda oldum. Orada bizə qarşı çox isti münasibət var idi. Ola bilsin ki, Antalya və ya Alanya şəhərində Azərbaycanla yoxlama oyunu keçirdik” - deyə, o, bildirib.

Türkiyə millisi İtaliya, Uels və İsveçrə ilə eyni qrupda yer alıb. “Ay-ulduzlular” Uels və İsveçrə qarşılaşmalarını Bakıda oynayacaq.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right