Rayan Babel "Ayaks"da

"Qalatasaray" niderlandlı futbolçusu Rayan Babeli "Ayaks"a icarəyə verib.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı vingerin Amsterdam klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. "Ayaks" sabiq futbolçusunun keçidi üçün 1,55 milyon avro təzminat ödəyib.

Niderland millisinin üzvü yayda "Fulhem"dən "Qalatasaray"a azad agent statusu ilə keçmişdi. Babel bu mövsüm 20 oyuna 5 qol vurub, 1 assist edib. Təcrübəli oyunçu peşəkar karyerasına 2004-cü ildə "Ayaks"da başlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right