"Milan" danimarkalı müdafiəçini heyətinə qatır

"Milan" müqavilə ilə "Sevilya"ya məxsus olan, mövsümün ilk yarısını icarə əsasında "Atalanta"da keçirən Simon Kyaeri heyətinə qatmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" bu keçid üçün müdafiəçisi Mattia Kaldaranı "Atalanta"ya verməyə razılaşıb. Transferlərin tezliklə rəsmiləşəcəyi gözlənilir.

Kyaer yayda "Atalanta"ya keçmişdi. 30 yaşlı stopper bu mövsüm Berqamo təmsilçisində 6 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right