52 yaşlı hücumçu ilə yeni müqavilə

Yaponiya millisinin sabiq üzvü Kazuyoşi Miura futboldan doymur. 

Newsport.az-ın məlumatına görə, 52 yaşlı futbolçu 2005-ci ildən çıxış etdiyi "Yokohama" klubu ilə yeni müqavilə imzalayıb. Təcrübəli hücumçu yeni müqaviləyə əsasən, daha 1 il yüksək liqa klubunun uğurları üçün çalışacaq. Yapon futbolçu bununla 35-ci mövsümünü keçirəcək.

Yaponiya millisinin heyətində 89 oyun keçirən Miura karyerası ərzində "Santos", "Palmeyras", "Koritiba", "Cenoa" və "Dinamo" (Zaqreb) kimi komandalarda çıxış edib. Onun fevralda 53 yaşı tamam olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right