Co Hart Türkiyə klubuna keçir?

Türkiyənin "Gənclərbirliyi" klubu İngiltərə millisinin sabiq qapıçısı Co Hartı transfer etmək istəyir.

 

Newsport.az xəbər verir ki, bu barədə klub rəhbəri Murad Cavcav məlumat verib:

 

"Onunla danışırıq. Etibarlı qapıçı ilə problemi aradan qaldırmaq istəyirik. Əcnəbi adlar üzərində dayanmışıq. Məqsədimiz qısa zamanda qapıçı problemini həll etməkdir. Qapını etibarlı və təcrübəli birinə həvalə etmək istəyirik".

 

Hart "Mançester Siti", "Birmingem", "Torino" və "Vest Hem" kimi klublarda çıxış edib. 32 yaşlı qolkiper 2018-ci ildə "Börnli"yə keçib. Təcrübəli qapıçı İngiltərə millisində 75 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right