Roman Qriqorçukun top-komanda arzusu

"İndiyədək top-komandada işləməmişəm. Lakin düşünürəm ki, artıq buna hazıram və 100 faiz əminəm". Newsport.az xəbər verir ki, bu sözləri 2015/2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olmuş və bölgə klubunu ardıcıl iki dəfə Avropa Liqasının qruplarına çıxarmış Roman Qriqorçuk deyib.

Hazırda Qazaxıstan çempionu "Astana"ya rəhbərlik edən ukraynalı mütəxəssis aparıcı komandalardan birində işləməyə tam hazır olduğunu deyib: "İstənilən top-komandanın iki keyfiyyətli hücumçusu olmalıdı. Belə hücumçuları olmayan klubu top-komanda hesab etməzdim və klub prezidentinə nəticə qazana bilməyəcəyimizi deyərdim".

55 yaşlı mütəxəssis Kiyev "Dinamo"sunun baş məşqçisi ola bilmək ehtimalını dəyərləndirib: "Dinamo"nu çalışdırmağı arzulamayan, istəməyən bir ukraynalı məşqçi tapa bilməzsiz. Bu komanda hər zaman böyük potensiallı olub, hazırda da belədi. Klubun getdiyi yol gənc ukraynalı futbolçuları daha yüksək səviyyəyə çatdırmaqdı. Bu yolu uğurlu hesab edirəm. Buna rəğmən, yalnız gənclər hesabına yüksək nəticələrə nail olmağın mümkünlüyünü düşünmürəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right