Mahir üçün "Fənərbaxça" iddiası

Türkiyə mətbuatında "Qarabağ"In hücumçusu Mahir Emreli ilə bağlı yeni transfer iddiası yayılıb.

Newsport.az "Fanatik"ə istinadən xəbər verir ki, 22 yaşlı forvardla "Fənərbaxça" maraqlanır.

Milli üzvü bu mövsüm 25 oyuna 7 qol vurub, 6 assist edib. Mahir yığmada 19 oyun keçirib və 4 dəfə rəqiblərini məyus edib. Onun Ağdam klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right