"Lester Siti" Çağların transfer qiymətini müəyyənləşdirdi

"Lester Siti"nin baş məşqçisi Brendan Rocers komandanın müdafiəçisi Çağlar Söyüncünün qış fasiləsində ayrılmayacağını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, türkiyəli futbolçu üçün "Mançester Siti" və başqa bir neçə klub təklif ünvanlayıb. "Tülkülər" Çağların transfer qiymətini 60 milyon avro təyin edib. Lakin klub rəhbərliyi qışda Türkiyə millisinin üzvünü satmayacaq.

Çağlar "Lester Siti"də vergilər xaric illik 1,7 milyon avro maaş alır. O, klubda ən az məvacib alan futbolçulardan biridir. "Lester Siti" türkiyəlinin illik maaşını 2,5 milyon avro etməklə yeni müqavilə təklif edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right