Bordinin bəyənmədiyi futbolçu "Qalatasaray"a keçir

"Qalatasaray" yeni transferə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, İstanbul klubu "Əskişəhərspor"un sağ cinah oyunçusu Jesse Sekidikanı heyətinə cəlb etmək üzrədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terim nigerliyalının keçidinə razılıq verib. Yaxın zamanda transferin rəsmiləşəcəyi gözlənilir.

Sekidika ötən ilin qışında ANtalya toplanışı zamanı "Neftçi"də baxışda olsa da, Roberto Bordinin rəhbərlik etdiyi məşqçilər korpusu onun hazırlığından narazı qaldığı üçün komandaya götürməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right